06:38 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Nikol Paşinyan: "Bu nəinki Sünik (Zəngəzur-red.) vilayətinin, hətta Ermənistanın təhlükəsizliyinin təmini üçün əlavə zəmanətdir".

BAKI, 3 may — Sputnik. Ermənistanın Zəngəzur vilayətində (Sünik) vilayətində Rusiyanın 102-ci hərbi bazasının iki dayaq məntəqəsi yaradılıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

"Sünik vilayətində 102-ci hərbi bazanın iki dayaq məntəqəsi yaradılıb. Bu nəinki Sünik (Zəngəzur-red.) vilayətinin, hətta Ermənistanın təhlükəsizliyinin təmini üçün əlavə zəmanətdir", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, apreldə Paşinyan bildirmişdi ki, Rusiya və Ermənistan Rusiyanın 102-ci hərbi bazasının genişləndirilməsi imkanını müzakirə edir.

Baş nazir Rusiya ilə hərbi ittifaqı Ermənistanın təhlükəsizliyinin əsas komponenti adlandırıb.

O, həmçinin bildirib ki, Ermənistan-Rusiya birləşmiş qüvvələr qrupunun və vahid hava hücumundan müdafiə sisteminin fəaliyyəti təhlükəsizliyin təmin edilməsi baxımından böyük praktik əhəmiyyətə malikdir.

 

Əsas mövzular