BAKI, 3 may — Sputnik. Ermənistanın Zəngəzur vilayətində (Sünik) vilayətində Rusiyanın 102-ci hərbi bazasının iki dayaq məntəqəsi yaradılıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
"Sünik vilayətində 102-ci hərbi bazanın iki dayaq məntəqəsi yaradılıb. Bu nəinki Sünik (Zəngəzur-red.) vilayətinin, hətta Ermənistanın təhlükəsizliyinin təmini üçün əlavə zəmanətdir", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, apreldə Paşinyan bildirmişdi ki, Rusiya və Ermənistan Rusiyanın 102-ci hərbi bazasının genişləndirilməsi imkanını müzakirə edir.
Baş nazir Rusiya ilə hərbi ittifaqı Ermənistanın təhlükəsizliyinin əsas komponenti adlandırıb.
O, həmçinin bildirib ki, Ermənistan-Rusiya birləşmiş qüvvələr qrupunun və vahid hava hücumundan müdafiə sisteminin fəaliyyəti təhlükəsizliyin təmin edilməsi baxımından böyük praktik əhəmiyyətə malikdir.