22:34 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
12 0 0

İtaliya millisinin sabiq üzvü 64 yaşında dünyasını dəyişib. "Yuventus", "Milan", "Verona", "Perucia" kimi klubların şərəfini qoruyan futbolçunun ölüm səbəbi barədə məlumat verilməyib.

BAKI, 10 dekabr — Sputnik. Əfsanəvi italyan futbolçusu Paolo Rossi vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, İtaliya millisinin sabiq üzvü 64 yaşında dünyasını dəyişib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Rossi İtaliya millisi ilə 1982-ci ildə dünya çempionu olub. Rossi həmin turnirin favoriti sayılan Braziliya millisinin qapısından 3 top keçirərək özü haqqında ilk dəfə söz etdirib. İtaliya millisi həmin tarixi oyunda sensasiyaya imza ataraq, Braziliyanı 3:2 hesabı ilə məğlub edib. Daha sonra Rossi yarımfinalda Polşanın qapısından 2, finalda isə almanların qapısından bir top keçirib. O, həmçinin bu turnirdə 6 qolla bombardirlik yarışında birinci yeri tutub. İtaliya millisi isə dünya çempionu olub. Həmin il Rossi "Qızıl top"u qazanıb.

Paolo "Yuventus", "Milan", "Verona", "Perucca" kimi klubların şərəfini qoruyub.

Son illərdə isə RAİ telekanalında futbol mütəxəssisi kimi çalışırdı.

Teqlər:
məşhur futbolçu, futbolçu, İtaliya millisi, İtaliya komandası, İtaliya

Əsas mövzular