16:57 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
16 0 0

Hikmət Hacıyev: "Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı".

BAKI, 28 noyabr — Sputnik. Ermənistanın sabiq müdafiə naziri David Tonayan Tərtərdə mülki əhalini bombalamaq barədə qərar verdiyinə görə, cinayət məsuliyyəti daşıyır və o, cavab verməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı", - Hacıyev bildirib.

Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da, bu kimi cinayət əməllərinə görə cavab verməlidir.

Qeyd edək ki, noyabrın 20-də Ermənistanın müdafiə naziri David Tonoyan istefaya göndərilib.

Teqlər:
Tərtər rayonu, Tərtər şəhəri, Tərtər, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Hikmət Hacıyev, müdafiə naziri David Tonoyan, David Tonoyan

Əsas mövzular