20:40 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
9 0 0

Stefano de Martino: "Problem hər zaman eynidir - çoxu oxuduqlarından və ya radioda eşitdiklərindən təsirlənir. Biz Sovet İttifaqında olduğu kimi məlumatları gizlətmirik".

 

BAKI, 3 noyabr — Sputnik. "Latsio" klubunun ictimaiyyətlə əlaqələr xidmətinin direktoru Stefano de Martino, komandadakı koronavirus ilə əlaqədar vəziyyəti şərh edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, İtaliya klubu virusa yoluxanların sayını açıqlamaqdan imtina edib.

"Problem hər zaman eynidir - çoxu oxuduqlarından və ya radioda eşitdiklərindən təsirlənir. Biz Sovet İttifaqında olduğu kimi məlumatları gizlətmirik", - deyə Stefano de Martino qeyd edib.

İttihamlara cavab verən ictimaiyyətlə əlaqələr xidmətinin direktoru birjanın qaydalara riayət etməli olduqlarını xatırladıb.

"Digər klubların necə davrandığı bizi maraqlandırmır. Prezidentimiz hər zaman qanunlara riayət edilməsini istəyir. Hər şeyi danışmalıyıq kimi bir qayda yoxdur. Aşkar uyğunsuzluqlar var idi və biz tələsmirdik. Oyunçuların adlarını və soyadlarını qeyd etmək tələb olunmur. Futbolçular bunu sosial şəbəkələrdə edə bilərlər. Cəmiyyətin tələblərinə hörmət edirik, amma mən eyni zamanda müxtəlif absurd şeylər eşitmişəm", - deyə Stefano de Martino fikrini tamamlayıb.

Əsas mövzular