03:52 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
71 0 0

Qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub

BAKI, 28 mart — Sputnik. Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a  Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub: "Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edirik.

Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda, ictimai nəqliyyatdan istifadə edin".

Əsas mövzular