CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"BakuBus" avtobuslarında yenilik

© Baku Transport Agencyİctimai nəqliyyatda vəziyyət
İctimai nəqliyyatda vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub

BAKI, 28 mart — Sputnik. Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a  Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub: "Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edirik.

Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda, ictimai nəqliyyatdan istifadə edin".

Xəbər lenti
0