14:13 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Milli Məclisə seçkiləri müşahidə etmək üçün 77 721 yerli müşahidəçi, 883 beynəlxalq müşahidəçi qeydə alınıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Fevralın 9-u Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində müstəqil namizədlərin və siyasi partiya namizədlərinin 1129 səlahiyyətli nümayədəsi iştirak edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, 7603 nəfər məntəqə seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvüdür: “Vəkillərin sayı 2085 nəfərdir. Yekun olaraq vurğulaya bilərəm ki, seçkiləri müşahidə etmək üçün 77 721 yerli müşahidəçi, 883 beynəlxalq müşahidəçi qeydə alınıb. Ümumilikdə, müşahidəçilərin sayı 90 minə yaxındır”.

Əsas mövzular