Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 7 fevral — Sputnik. Fevralın 9-u Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində müstəqil namizədlərin və siyasi partiya namizədlərinin 1129 səlahiyyətli nümayədəsi iştirak edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, 7603 nəfər məntəqə seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvüdür: “Vəkillərin sayı 2085 nəfərdir. Yekun olaraq vurğulaya bilərəm ki, seçkiləri müşahidə etmək üçün 77 721 yerli müşahidəçi, 883 beynəlxalq müşahidəçi qeydə alınıb. Ümumilikdə, müşahidəçilərin sayı 90 minə yaxındır”.