03:18 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
140301

Xırdalanda 2 nömrəli məktəbdə layihə üzrə 1300 şagird təhsil almalı olduğu halda faktiki 5327 şagird təhsil alır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərkən Abşeronda üç növbədə fəaliyyət göstərən məktəblərin olduğunu söyləyib. Prezident bildirib ki, xüsusilə Abşeron rayonunda məktəblə bağlı böyük problemlər var. Sputnik Azərbaycan Abşeron rayonunda şagird sıxlığı olan üç növbəli məktəblərlə bağlı araşdırma aparıb. Məlum olub ki, Abşeron rayonunda 11 məktəb üç növbəli fəaliyyət göstərir. Bu barədə Sputnik Azərbaycan-a Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

O bildirib ki, bunlar Xırdalan, Qobu, Mehdiabad, Ceyranbatan, Məmmədli, Pirəkəşkül ərasizindəki məktəblərdir. Onun sözlərinə görə, Xırdalanda 2 nömrəli məktəbdə layihə üzrə 1300 şagird təhsil almalı olduğu halda faktiki 5327 şagird təhsil alır: "Xırdalan şəhərində 1176 şagird tutumu olan 3 nömrəli məktəbdə 2019 şagird 3 növbədə təhsil alır. 3 növbədə işləyən Xırdalan şəhər məktəblərindən 6 nömrəli məktəbdə layihə üzrə 420 şagird təhsil almalı olduğu halda 1174, 7 nömrəli 440 şagird yerlik məktəbdə 1780, 8 nömrəlidə 240 şagird yerlik məktəbdə 782, 9 nömrəli məktəbdə isə 1296 şagird təhsil almalı olduğu halda 3403 şagird faktiki təhsil alır. Qobudakı 3 nömrəli 220 şagird tutumlu məktəbdə isə hazırda 1388 şagird üç növbədə təhsil alır. Üç növbədə fəaliyyət göstərən Mehdiabad 1 nömrəli 750 şagird yerlik məktəbdə 1560, Ceyranbatan 240 şagird tutumlu 2 nömrəli məktəbdə 853, Məmmədli 960 şagird yerlik kənd orta məktəbində 2359, Pirəkəşkül 220 yerlik tam orta məktəbdə 480 şagird təhsil alır".

Əsas mövzular