Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 13 yanvar — Sputnik. Abşeronda şagird sıxlığı problemini həll etmək üçün yeni məktəblər tikiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib. O, bildirib ki, Abşeron rayonu üzrə tikilməsi nəzərdə tutulan yeni məktəblərin sayı 8-dir:
“Xırdalan şəhəri üzrə 2 ədəd -AAAF Park Yaşayış Kompleksinin yanı və Mexaniki dəstə yaşayış massivi( Mexkorpusu və ya Kristal 2-nin arxası ) - 1250 şagird yerlik, Masazır kəndi 2 ədəd Cantəpə yaşayış massivi və Yoncalıq yaşayış massivi – 1250 şagird yerlik, Qobu qəsəbəsində 1 ədəd- Qobu 3 nömrəli məktəbin yaxınlığı, yeni yaşayış massivi - 1250 şagird yerlik, Məmmədli kəndi 1 ədəd - 1250 şagird yerlik, Saray qəsəbəsi 1 ədəd -1250 şagird yerlik, Ceyranbatan qəsəbəsi 1 ədəd - 1250 şagird yerlik məktəb inşa ediləcək. Abşeron rayonu üzrə fəaliyyət göstərən təhsil müəssisələrində yaranmış şagird sıxlığı ilə bağlı tikiləcək əlavə korpusların sayı isə 14-dür: “Xırdalan şəhər 1 nömrəli (1965-ci ildə tikilib, layihə üzrə 2000 yerlik, faktiki usaq sayı - 5460 ), 2 nömrəli (1969 –cu ildə tikilibdir, layihə üzrə 1300 yerlik, faktiki usaq sayı - 5327 ), 8 nömrəli (2007 –ci ildə tikilibdir, layihə üzrə 240 yerlik, faktiki usaq sayı - 782 ), 9 nömrəli (2007 –ci ildə tikilibdir, layihə üzrə 1296 yerlik, faktiki usaq sayı - 3403 ), 10 nömrəli (2014 –cu ildə tikilmişdir, layihə üzrə 600 yerlik, faktiki usaq sayı - 1605 ). Qobu 3 nömrəli (2008–cu ildə tikilib, layihə üzrə 220 yerlik, faktiki usaq sayı - 1388 ), Saray 1 nömrəli (1957 –cu ildə tikilibdir, layihə üzrə 540 yerlik, faktiki usaq sayı - 1448 ), Saray 3 nömrəli (2007-cu ildə tikilib, layihə üzrə 640 yerlik, faktiki usaq sayı - 1823 ), Mehdiabad 1 nömrəli (1969-cu ildə tikilibdir, layihə üzrə 750 yerlik, faktiki usaq sayı - 1560), Mehdiabad 3 nömrəli (2006–cu ildə tikilib, layihə üzrə 360 yerlik, faktiki usaq sayı - 1106 ), Mehdiabad 4 nömrəli (2014-cu ildə tikilib, layihə üzrə 400 yerlik, faktiki usaq sayı - 1106 ; Ceyranbatan 2 nömrəli (2006 –cı ildə tikilib, layihə üzrə 240 yerlik, faktiki usaq sayı - 853 ), Novxanı 1 nömrəli (1968–ci ildə tikilib, layihə üzrə 640 yerlik, faktiki usaq sayı - 1269), Digah qəsəbə t.o.m (1938 –ci ildə tikilibdir,2007-ci ildə əlavə korpus da tikili, layihə üzrə 560 yerlik, faktiki usaq sayı - 1309 ), Məmmədli kəndi t.o.m. (2013–cü ildə tikilib, layihə üzrə 960 yerlik, faktiki usaq sayı - 2359 ).
Qeyd olunan məktəblərdə - 1200 şagird yerlik əlavə korpus tikintisi nəzərdə tutulub. Saray qəsəbəsi 2 nömrəli t.o.m. (1963–cu ildə tikilibdir, layihə üzrə 550 yerlik, faktiki usaq sayı - 1865 ). Məktəb uyğunlaşdırılmış, qəzalı binada fəaliyyət göstərir. 2019-2020-ci illər üzrə tədbirlər planına salınıb, 1400 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərədə tutulub. Xırdalan şəhər 3 nömrəli məktəb (1982-cu ildə tikilib, layihə üzrə 1176 yerlik, faktiki usaq sayı - 2019 ). Məktəb 2019 –cu il üzrə tədbirlər planına salınıb və hal-hazırda məktəbdə əsaslı təmir işləri gedir və əlavə 1200 şagird yerlik korpusun da tikintisinə başlanıb”.
Məlumatda deyilir ki, Abşeron rayonu üzrə məktəbdənkənar təhsil müəssisələri üzrə İOEUGİ və Şahmat məktəbinin binası qəzalı, yarasız vəziyyətdədir, yeni bina tikintisinə ehtiyac var. UGİM (Uşaq Gənclər İnkişaf Mərkəzi ) - binası yoxdur, Xırdalan şəhər Bələdiyəsinə məxsus binada fəaliyyət göstərir, yeni bina tikintisinə ehtiyac var.
Qeyd edək ki, Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərkən, Abşeron rayonu ərazisində yeni məktəblərin tikilməsinin vacibliyini vurğulayıb.