Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çövkən üzrə Prezident Kuboku keçirildi

© © Sputnik / Irade JELIL Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirildi
 Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirildi - Sputnik Azərbaycan
Abunə olmaq
DSX rəisi 2019-cu il ərzində təşkil olunan atçılıq tədbirlərini yüksək səviyyədə işıqlandırılmasında göstərdiyi xidmətlərə görə bir qrup jurnalisti mükafatlandırdı. Təltif edilənlər arasında Sputnik Azərbaycan-ın əməkdaşı İradə Cəlilova da var.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Bu gün Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident Kuboku uğrunda mübarizə çərçivəsində Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirildi.

Çövkən qədim zamanlardan Azərbaycanda atüstü oyun kimi geniş yayılıb. Bu oyun onu oynayan zaman istifadə edilən, ağacdan hazırlanmış alətin adı ilə (çövkən, çovgan, çoğan) belə adlandırılıb.

Musiqinin müşayiəti ilə keçirilən bu oyunda atları rəng etibarı ilə bir-birindən fərqli olan hər dəstədə 6-8, bəzən isə daha çox atlı iştirak edirdi. Oyunda əsas məqsəd dəyənəklə rəqib qapısına top vurmaq idi.

Sputnik Azərbaycan xəbər verir ki, ilk olaraq Polad və Sərhədçi çövkən komandaları üçüncülük uğrunda mübarizə apardı.

Bu oyunun ardınca isə "Buta Golden" və "Omar Çövkən" komandaları Prezident Kubokunun qalibi olmaq yolunda final oyununda qarşı-qarşıya gəldilər.

© © Sputnik / Irade JELIL
 Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirildi - Sputnik Azərbaycan
1/6
© © Sputnik / Irade JELIL
 Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirildi - Sputnik Azərbaycan
2/6
© © Sputnik / Irade JELIL
 Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirildi - Sputnik Azərbaycan
3/6
© © Sputnik / Irade JELIL
 Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirildi - Sputnik Azərbaycan
4/6
© © Sputnik / Irade JELIL
Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirildi  - Sputnik Azərbaycan
5/6
© © Sputnik / Irade JELIL
 Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirildi - Sputnik Azərbaycan
6/6
1/6
2/6
3/6
4/6
5/6
6/6

Qeyd edək ki, 3-cü yer uğrunda görüşdə "Sərhədçi" "Polad"a uduzub - 0:5.

"Omar Çövkən" komandası 3-0 hesabı ilə qalib gələrək, Prezident Kubokunun qalibi oldu.

Yarışın ümumi mükafat fondu 50000 manat təşkil edirdi.

Final görüşünü Dünya Etnosport Konfederasiyasiyasının prezidenti Bilal Ərdoğan, Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Gənclər və İdman naziri Azad Rəhimov, Mədəniyyət naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər izləyirdilər.

E.Quliyev yeddinci dəfə keçirilən ənənəvi turnirin Prezident İlham Əliyevin ad gününə həsr olunduğunu bildirib. O qeyd edib ki, yarış artıq beynəlxalq aləmə də səs salıb: "Çövkən yarışları 7 ildir ki, keçirilir. Və 7 ildir ki, oyunların qaydalarında heç bir dəyişiklik edilməyib".

Dünya Etnosport Konfederasiyasiyasının prezidenti Bilal Ərdoğan isə yarışın maraqla qarşılandığını deyib və təşkilatçılara təşəkkürünü bildirib. Türkiyəli qonaq dövlət başçısı İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

Daha sonra mərasim "Çapar" restoranında davam etdi.

DSX rəisi general-polkovnik Elçin Quliyev 2019-cu il ərzində təşkil olunan atçılıq tədbirlərini yüksək səviyyədə işıqlandırılmasında göstərdiyi xidmətlərə görə bir qrup jurnalisti mükafatlandırdı.

Təltif edilənlər arasında Sputnik Azərbaycan İnformasiya Agentliyinin əməkdaşı İradə Cəlilova da var.

© © SputnikSputnik Azərbaycan İnformasiya Agentliyinin əməkdaşı İradə Cəlilova və Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təltifetmə zamanı
Çövkən üzrə Prezident Kuboku keçirildi - Sputnik Azərbaycan
Sputnik Azərbaycan İnformasiya Agentliyinin əməkdaşı İradə Cəlilova və Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təltifetmə zamanı
Xəbər lenti
0