Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançı Vartanyanla döyüşəcək – Kəmərini qorumaq üçün

© Photo : © Instagram / neriman_abbasovВедущий боец Азербайджана по смешанным единоборствам Нариман Аббасов
Ведущий боец Азербайджана по смешанным единоборствам Нариман Аббасов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov "Fight Nights" çempion titulunu qorumaq üçün Moskvada erməni Eduard Vartanyanla üz-üzə gələcək.

BAKI, 24 dekabr — Sputnik. Qarışıq döyüş növləri (MMA) üzrə azərbaycanlı döyüşçü Nəriman Abbasov erməni əsilli rusiyalı Eduard Vartanyana qarşı dueldə "Fight Nights" çempion kəmərini qoruyacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Peşəkar MMA Federasiyasının prezidenti Şəhriyar Abbasov deyib.

Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer liqa turnirində - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan karateçiləri “Karate 1” Premyer Liqa turnirinin qalibi olub

Abbasovla Vartanyan arasında "Fight Nights" çempion titulu uğrunda döyüş gələn ilin fevralında Moskvada keçiriləcək. 28 yaşlı Vartanyanın aktivində MMA üzrə 23 döyüş var ki, bunlardan 20-si qələbə, 3-ü isə məğlubiyyətlə başa çatıb.

Yerevan əsilli döyüşçü sambo üzrə Dünya Kubokunun sahibi, boks üzrə Rusiya çempionatının qalibidir. Şəhriyar Abbasov qarşıdakı yarışın onun üçün maraqlı olduğunu bildirib.

""Fight Nights" bizə Eduard Vartanyanla mübarizədə çempionluq kəmərini müdafiə etməyi təklif etdi və biz də razılaşdıq. Son zamanlar "Fight Nights" insanlar üçün maraqlı olacaq döyüşlər təşkil etməyə çalışır və bu mübarizə də onlardan biridir", - deyə Abbasov bildirib.

Onun fikrincə, Vartanyan ciddi rəqib və erməni əsilli güclü döyüşçüdür. Eyni zamanda, Azərbaycan tərəfi qarşıdakı döyüşün təşkilatçıları qarşısında bir şərt qoyub - dörd hakimdən ikisi azərbaycanlı olmalıdır.

"Vartanyan uzun müddətdir Rusiyada yaşayır və məhz bu ölkəni təmsil edir. Biz azərbaycanlı hakimlərlə bağlı şərti də məhz buna görə irəli sürmüşük. "Fight Nights" da bu şərti qəbul edib. Daha bir neçə detal da var ki, onların müzakirəsi davam edir", - deyə Abbasov bildirib.

Almaniyanın paytaxtı Berlində keçirilmiş Karate1 Premyer Liqasında medal qazanan karateçilər ilə görüş - Sputnik Azərbaycan
İDMAN
Karate milli yığması əsas məqsədini açıqladı

Sözügedən görüşün gələn ilin fevralında Moskvada keçirilməsi gözlənilir. MMA Federasiyasının rəhbərinin sözlərinə görə, Vartanyan azərbaycanlı döyüşçü ilə təkbətək döyüşə razılıq verib.

"Əlbəttə, bu döyüş Nəriman üçün psixoloji baxımdan asan olmayacaq, amma o, özü bu döyüşə hazır olduğuna əmindir. Hər iki idmançı üçün bu döyüş ağır olacaq. Vartanyan sambo və tay boksu texnikasını mənimsəmiş universal döyüşçüdür. Bu döyüşü isə ona ən yaxşı hazırlaşan döyüşçü qazanacaq", - Federasiya rəhbəri deyib.

Yeri gəlmişkən, daha əvvəl belə bir məlumat yayılmışdı ki, Nəriman Abbasov "Fight Nights" çempion kəmərini qorumaq uğrunda rusiyalı Vener Qaliyevlə döyüşəcək, amma sonradan məlum oldu ki, bu döyüş Azərbaycan tərəfinin marağında deyil.

Boks əlcəkləri, arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Boks Federasiyasının vitse-prezidentinə ikinci dəfə şans verildi

Nəriman Abbasov dekabrın 22-də Dağıstandan qayıdıb. O, UFC çempionu Həbib Nurməhəmmədovla atası Abdulmanap Nurməhəmmədovun məktəbində təlim keçirdi.

"Nəriman Abdulmanap Nurməhəmmədovun tələbələri ilə sparrinq keçirib ki, bu da çox faydalıdır. Düzdür, Həbib özü həmin vaxt Mahaçqalada deyildi, amma başqa məşhur döyüşçülər var idi - İslam Mahaçev, Məhəmməd Kərimov və başqaları. Odur ki, bu döyüşçülərlə sparrinq çox faydalı oldu", - deyə Abbasov bildirib.

Bundan əlavə, döyüşçü xaricdə daha iki təlim-məşq toplanışı keçirməyi planlaşdırır.

"Tailand və ABŞ-da da təlimlər keçməyi planlaşdırırıq. Düzdür, bizim maliyyə problemlərimiz var, ona görə də fevral döyüşünə tam hazırlaşa bilməmək ehtimalımız böyükdür", - deyə Abbasov əlavə edib.

Xəbər lenti
0