SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistandan olan deputatların qarşılıqlı səfərləri ilə bağlı təklif var

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 dekabr - Sputnik. Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri ilə bağlı təklif bu ilin yanvar ayında Rusiya tərəfindən edilmişdi. Azərbaycan tərəfi də konstruktiv mövqe göstərərək bu təkliflə razılaşdı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O vurğulayıb ki, qarşılıqlı səfərlər dövlətlərarası danışıqlarda hər hansı müsbət nəticə əldə olunduğu zaman faydalı ola bilər: "Təəssüflər olsun ki, dövlətlərarası danışıqlarda heç bir irəliləyiş yoxdur. Belə olan halda, qarşılıqlı səfərlərin effekti ola bilməz".

© Sputnik / Murad OrujovBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev
Azərbaycan və Ermənistandan olan deputatların qarşılıqlı səfərləri ilə bağlı təklif var - Sputnik Azərbaycan
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev

Qarşılıqlı səfər zamanı Ermənistan tərəfinin şou göstərdiyini deyən Mərkəz sədri qeyd edib ki, düşmən tərəfi qeyri-konstruktiv mövqe sərgiləyir.

O vurğulayıb ki, hazırda deputatların qarşılıqlı səfərləri ilə bağlı təklif var.

Qeyd edək ki, Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.

Флаги Европейского Союза развеваются на ветру, когда два человека поднимаются по лестнице возле штаб-квартиры ЕС в Брюсселе - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədin bəzi detalları açıqlandı

Erməni jurnalistlər isə azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri həmçinin müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər.

Azərbaycandan Ermənistana gedən jurnalistlər “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, "1news.az" saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Yolçuyevdir.

Ermənistandakı “Şant” telekanal;nın əməkdaşı Artyom Yerekyan, “Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və Qarabağdakı separatçı rejimin “İctimai TV”sinin əməkdaşı Edqar Elbakyan noyabrın 17-dən 21-dək Bakıda olublar.

Erməni jurnalistlər Gəncəyə də gediblər. Onların Azərbaycanda ictimai təşkilatların nümayəndələri ilə görüşdüyü, şahmat məktəbini ziyarət etdiyi və həmkarları ilə bir araya gəldiyi bildirilir.

 

Xəbər lenti
0