Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 11 dekabr - Sputnik. Avropa Birliyi ilə Azərbaycan arasında imzalanacaq sənəd 400 səhifədən ibarətdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev mətbuat konfransında bildirib.
© Sputnik / Murad OrujovBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev
Onun sözlərinə görə, sazişin siyasi aspektləri sırasında Dağlıq Qarabağ münaqişəsi önəmli yer tutur.
BMTM sədri vurğulayıb ki, sənəddə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi dəstəklənir.
Fərid Şəfiyev qeyd edib ki, sənəddə geosiyasi məsələlər də öz əksini tapıb.
O, həmçinin söyləyib ki, sənəddə humanitar məsələlər də həllini tapıb: "Avropa Birliyi də Azərbaycanla bu sazişin tezliklə imzalanmasını arzulayır".