CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobuslar qapısı açıq sərnişin daşıya bilməyəcək - Yeni qayda

© Sputnik / Murad OrujovАвтобусы на привокзальной площади в Баку. Архивное фото
Автобусы на привокзальной площади в Баку. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Tələblər sırasında göstərilib ki, avtobuslarda qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Paytaxtda sərnişin daşıyan avtobusların qapısı açıq şəkildə hərəkət etməsi mümkün olmayacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Bakı Nəqliyyat Agentliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
BNA: Qaydanı pozan sürücü işdən çıxarılıb, avtobus isə xətdən kənarlaşdırılıb

O bildirib ki, bu məsələ "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.

M.Ağayev bildirib ki, bu qərarda avtobusların texniki göstəricilərinə dair tələblər yer alıb. Tələblər sırasında göstərilib ki, avtobuslarda qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır: "Dövri texniki baxışdan keçməmiş avtobuslar da sərnişindaşımada istifadə edilə bilməz. Avtobuslar həmçinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi, sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm, nağdsız ödənişin aparılmasına imkan verən avadanlıqla təchiz edilməlidir. Eyni zamanda avtobuslar sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu, sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazla da təmin olunmalıdır".

Xəbər lenti
0