İllərin müşkülə çevrilən problemi: Tələbə, yoxsa məcburi köçkün arasında seçim etməliyik

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidYataqxana, arxiv şəkli
Yataqxana, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İlk növbədə dövlət universitetlərə lisenziya verən zaman birinci baxmalıdır ki, həmin universitetin tələbə yataqxanası var, ya yoxdur.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinin açıqlanmasından sonra tələbə adı qazananların bir qisminin sevinci uzun sürmədi. Yeni tələbələr həlli müşkülə çevrilən qayğılarla baş-başa qaldılar. Hər il olduğu kimi bu tədris ilində də ali məktəblərin mütləq əksəriyyətinin yataqxana probleminin çözülməmiş qalması, onları kirayə mənzil axtarmaq məcburiyyətində qoyub.

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıdakı liseyin bütün məzunları tələbə oldular

Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq bu tədris ilində ali təhsil müəssisələrinin yataqxana imkanlarını araşdırıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Bəhruz Nəzərov açıqlamasında bildirib ki, ali təhsil ocağının 320 nəfərlik tələbə yataqxanası var. Onun sözlərinə görə, bu gün həmin yataqxanada əsasən əcnəbi tələbələr qalsa da, yerli tələbələrə də yer ayrılır: "Öz tələbələrimiz yer istədikdə rəsmi şəkildə bizə müraciət edirlər. Biz onları mütləq şəkildə otaqla təmin edirik".

B.Nəzərov bildirib ki, xarici tələbələr üçün qalmağa yer 40-50 manatdır.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə bildirib ki, bu ali təhsil ocağının yataqxanası hal-hazırda qəzalı vəziyyətdədir: "Tələbələrin yeni yataqxanaya köçürülməsi istiqamətində iş aparılır, mövcud texniki şərtlər nəzərdən keçirilir".

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova isə deyir ki, universitetin 6 yataqxanası var. Onlardan birində məcburi köçkünlər yerləşdirilib: “Digər 5 yataqxana isə fəaliyyət göstərir. Yataqxanamıza 1256 tələbə yerləşdirmək mümkündür. Aylıq ödəniş haqqı isə 50-60 manatdır. Yataqxana oğlan və qızlar üçün ayrıdır. Əcnəbi tələbələrimizə də həmin yataqxanalarda yer ayrılıb. Hazırda 3 saylı qız yataqxanamız təmirdədir".

G.Aslanova deyir ki, yataqxanada tələbələrin qalması üçün lazımi şərait yaradılıb.

Azərbaycan Dillər Universitetinin isə iki yataqxanası var. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı deyir ki, həmin 2 yataqxananın biri oğlanlar üçün, digəri isə qızlar üçün nəzərdə tutulub: "Oğlanlar üçün nəzərdə tutulan yataqxanada hazırda məcburi köçkün ailələri məskunlaşıb. Qızlar üçün nəzərdə tutulan yataqxananın isə 2 blokunda tələbələr, digərlərində yenə məcburi köçkün ailələri yaşayır. Hazırda 150-yə yaxın tələbə yataqxanamızda məskunlaşa bilib, onların da hamısı qızlardır. Universitetin yataqxanası təmir olunub, ümumi otaqlar hamısı yenidən qurulub. Yataqxananın oxu zalında tələbələr üçün müəyyən şərait yaradılıb. Yataqxanada aylıq ödəniş 20 manatdır".

ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yüksək bal toplayıb tələbə ola bilməyən abituriyentlərin şok sayı

Azərbaycan Pedaqoji Universitetinin dörd yataqxanası var. Ali təhsil müəssisəsinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, yataqxanalar Dərnəgül qəsəbəsində yerləşir. Onun sözlərinə görə, həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşıblar: “Ona görə də biz tələbələrimizi ora yerləşdirmək imkanından məhrumuq. "Gənclik" metrostansiyasının yaxınlığında 2 saylı tədris binamız mövcuddur. Orda yataqxanamız var və 200 nəfərə yaxın tələbə yerləşdirə bilirik. Onlar da daha çox aztəminatlı ailələrin övladları olurlar. Aylıq ödənişi 70 manatdır".

Bakı Slavyan Universitetinin mətbuat katibi İbrahim Quliyev bildirib ki, universitetin 4 yataqxanası var: "Yataqxananın ikisində məcburi köçkünlər yaşayır. Bir yataqxanamızın isə ikinci mərtəbəsində tələbələr, qalan mərtəbələrində məcburi köçkünlər yaşayır. Digər yataqxanamızda məcburi köçkünlər məskunlaşıb. Bununla belə yataqxanamızda əcnəbi tələbələr də yerləşdirilib".

İ.Quliyev tələbələrin imkanının nəzərə alındığını, buna görə də aylıq tələbələrdən yataqxana xərci kimi 50 manat ödəniş tələb olunduğunu söyləyib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva deyir ki, universitetin beş tələbə yataqxanası var. Onlardan dördündə məcburi köçkünlər yerləşdirilib: “Cəmi bir yataqxana bizdədir ki, ona da 250 tələbə yerləşdirmək mümkündür".

Apardığımız kiçik araşdırma sonucunda bəlli oldu ki, bu gün yataqxanaların çoxunda məcburi köçkünlər məskunlaşıb.

Hovuzda üzən qadın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Adamı adam edən "hörmətsizlər" - tələbə hay vermirik, barı sağlam olaq

Təhsil üzrə ekspert Kamran Əsədov da deyir ki, bu gün Azərbaycanda cəmi 6 universitetin yataqxanası var: "Onların da böyük əksəriyyətində məcburi köçkünlər məskunlaşıb: "Dövlətimiz məcburi köçkünlər üçün binalar inşa edir. Amma bununla belə ali təhsil müəssisələrinin yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsi gecikir. İlk növbədə dövlət universitetlərə lisenziya verən zaman birinci baxmalıdır ki, həmin universitetin tələbə yataqxanası var, ya yoxdur. Dünyada belə bir təcrübə var ki, tələbə təhsil aldığı müəssisədən 20 km uzaq məsafədə qala bilməz. Niyə görə, Sumqayıt Dövlət Universitetində oxuyan tələbə uzaq məsafədən dərsə getməlidir. Tələbə universitetə gedən zaman bir neçə avtobus dəyişir. Bu da onu yorur. Mən hesab edirəm ki, ali məktəblər öz maddi hesablarına tələbə yataqxanaları tikə bilərlər. Sonra da onu daimi gəlir əldə etmək üçün tələbələrə kirayə verə bilərlər. Bu da onların üstünlüyü olar".

Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbəsindən isə bildirdilər ki, 800 nəfərlik tələbə yataqxanası istismara hazırdır. Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının isə əsaslı təmir-tikinti işlərinə başlanılıb. Sentyabrda Lənkəran Dövlət Universitetinin 156 yerlik yataqxanası istifadəyə veriləcək. Bundan başqa, Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır.

Xəbər lenti
0