Dünya bu hadisədən danışır: Qarğalar ağlasığmaz hərəkət etdilər

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidВороны на территории парка
Вороны на территории парка - Sputnik Azərbaycan
Abunə olmaq
Qarğalar Sietldən olan amerikalı Stüart Dalkvistə ağlasığmaz hədiyyə bəxş ediblər.

BAKI, 14 iyul — Sputnik. Sietldən olan amerikalı Stüart Dalkvistin uşaqlıqdan quşlara xüsusi məhəbbəti olub və böyüyəndən sonra da bu hiss onu tərk etməyib. 

Uşaq serebral iflici diaqnozlu gənc quş yuvalarını necə hazırlayır  - Sputnik Azərbaycan
VİDEO
Uşaq serebral iflici diaqnozlu gənc quş yuvalarını necə hazırlayır
O, həmişə yaralı quşları müalicə edib və onları yemləyib. Onun evində tez-tez köməyə ehtiyacı olan yaralı quşları görmək mümkündür. Eyni zamanda onun evinin həndəvəri və həyəti quşları yemləmək üçün düzəldilmiş yerlərlə doludur. Sputnik Azərbaycan xarici mətbuata istinadla bildirir ki, günlərin birində isə Stüartın başına inanılmaz əhvalat gəlib.

Onun evinin yanında ağac bitir. Bu ağacda bir cüt qarğa özlərinə yuva qurublar. Bir müddət sonra onların balaları da peyda olub. Bir dəfə Süart balaların yuvadan düşdüyünü görüb. O, qarğa balalarını ehtiyatla götürərək budağın üstünə qoyub. Qarğalar təbiət etibarilə çox ehtiyatlı quşlardır, buna görə də onlar bu adama inamsızlıqla baxıblar, lakin ehmalca balalarını götürüblər. Stüartın qarğa cütlüyü ilə tanışlığı belə başlayıb.

Sonra heyvansevər bu ağıllı canlıları bəsləməyə başlayıb və onlar zamanla dostlaşıblar. Bir dəfə ana quş yenotun caynağına keçərək ölüb. Bu zaman yuvadakı quşlar insan qayğısına daha çox ehtiyac duyublar və onu qiymətləndiriblər. Stüart qarğaları 4 il yemləyib. Günlərin birində bu qarğa ailəsi Stüarta təşəkkür etmək qərarına gəlib.

Onlar iki gün ardıcıl olaraq Stüart üçün ortasına metal halqa taxılmış küknar budağı gətiriblər. Bunun kişini necə mütəəssir etdiyini sözlə təsvir etmək mümkün deyil. O, quşların hədiyyəsinin şəklini sosial şəbəkədə paylaşıb. Onun bu tarixçəsi qısa zamanda bütün dünyaya yayılıb və izləyicilərini heyrətləndirib. Şükranlıq hissinə malik qarğalar öz hədiyyələri ilə əsl kreativlik nümayiş etdirməklə insanları təəccübləndiriblər.

Xəbər lenti
0