BAKI, 14 iyul — Sputnik. Sietldən olan amerikalı Stüart Dalkvistin uşaqlıqdan quşlara xüsusi məhəbbəti olub və böyüyəndən sonra da bu hiss onu tərk etməyib.
Onun evinin yanında ağac bitir. Bu ağacda bir cüt qarğa özlərinə yuva qurublar. Bir müddət sonra onların balaları da peyda olub. Bir dəfə Süart balaların yuvadan düşdüyünü görüb. O, qarğa balalarını ehtiyatla götürərək budağın üstünə qoyub. Qarğalar təbiət etibarilə çox ehtiyatlı quşlardır, buna görə də onlar bu adama inamsızlıqla baxıblar, lakin ehmalca balalarını götürüblər. Stüartın qarğa cütlüyü ilə tanışlığı belə başlayıb.
Sonra heyvansevər bu ağıllı canlıları bəsləməyə başlayıb və onlar zamanla dostlaşıblar. Bir dəfə ana quş yenotun caynağına keçərək ölüb. Bu zaman yuvadakı quşlar insan qayğısına daha çox ehtiyac duyublar və onu qiymətləndiriblər. Stüart qarğaları 4 il yemləyib. Günlərin birində bu qarğa ailəsi Stüarta təşəkkür etmək qərarına gəlib.
We've been feeding a small family of four crows (mated pair and their two year old kids) for several years. Last week two days in a row they left these gifts, pull tabs threaded onto pine twigs. This isn't only generous, it's creative, it's art.
— Stuart Dahlquist (@StuartDahlquist) 24 марта 2019 г.
My mind is blown. pic.twitter.com/tT5ORZ3AHL
Onlar iki gün ardıcıl olaraq Stüart üçün ortasına metal halqa taxılmış küknar budağı gətiriblər. Bunun kişini necə mütəəssir etdiyini sözlə təsvir etmək mümkün deyil. O, quşların hədiyyəsinin şəklini sosial şəbəkədə paylaşıb. Onun bu tarixçəsi qısa zamanda bütün dünyaya yayılıb və izləyicilərini heyrətləndirib. Şükranlıq hissinə malik qarğalar öz hədiyyələri ilə əsl kreativlik nümayiş etdirməklə insanları təəccübləndiriblər.