00:56 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Almaniya kansleri Angela Merkel Danimarka baş naziri Mette Frederikseni qəbul edib

Merkelin titrəməməsi üçün xüsusi tədbir görüldü

© REUTERS / HANNIBAL HANSCHKE
XƏBƏRLƏR
Qısa URL
120 0 0

Dünən Finlandiya Baş naziri Antti Rinne ilə Berlində görüşü zamanı Merkeli əsməcə tutub

BAKI, 11 iyul — Sputnik. Almaniya kansleri Angela Merkel Danimarka baş naziri Mette Frederiksenlə Berlində baş tutan görüş zamanı ölkənin himnini oturaraq dinləyib. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, bu addım Merkelin özünü pis hiss etməməsi üçün atılıb.

"Spiegel" nəşri vurğulayır ki, kansler uzun müddət ayaq üstündə qaldıqda onu əsməcə tutur. Məhz buna görə Almaniya kansleri və Danimarka Baş Naziri ölkə himnlərini oturaraq dinləyiblər. "Bild" nəşri isə vurğulayıb ki, protokol xüsusi olaraq Merkelin istəyi ilə dəyişdirilib.

Qeyd edək ki, ötən gün Finlandiya Baş naziri Antti Rinne ilə Berlində görüşü zamanı Merkeli əsməcə tutub.

Hadisənin görüntüləri "Twitter"də yerləşdirilib. Kadrlarda Merkel və Rinnenin ayaq üstə nitqə qulaq asdıqları görünür. Gözlənilmədən Almaniya kansleri titrəməyə başlayır. Fin hökumətinin rəsmisi isə baş verənlərə reaksiya vermir.

Qeyd edək ki, son iki ayda bu artıq üçüncü belə haldır. İyunun 18-i Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə Merkel özünü pis hiss edib. Yayılmış kadrlarda Merkelin gözlənilmədən əsməyə, titrəməyə başladığı görünüb. Bir dəqiqə ərzində Almaniya kansleri əlinin vəziyyətini təxminən 10 dəfə dəyişib. Ukrayna prezidenti isə baş verənlərə reaksiya verməyib.

Bu hadisədən bir neçə gün sonra Merkel Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin keçirdiyi rəsmi qəbul zamanı əsməyə başlayıb. Ona su təklif edilsə də, Merkel bundan imtina edib.

Əlaqədar

Zelenskinin yanında Merkeli əsməcə tutdu, dünya bu görüntüdən danışır
Merkeli yenə əsməcə tutdu - VİDEO
Merkel yenə titrədi - VİDEO
Teqlər:
Angela Merkel, kansler

Əsas mövzular