07:34 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9066
Nazirlər Kabineti

Bəzi peşələr üzrə təhsil alanların say həddi müəyyənləşib

© AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
64 0 0

Tədris qruplarında təhsil alanların sayı 16 nəfərdən çox olduqda, laboratoriya və istehsalat təlimi dərslərində həmin qruplar iki yarımqrupa bölünə bilər

BAKI, 14 mart — Sputnik. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti (NK) qərar verib. Sputnik Azərbaycan NK-ya istinadla xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. 

Qərara əsasən, peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlıq 10 nəfərdən az, 20 nəfərdən çox olmamaqla müəyyən edilir: 

"Sənətşünaslıq, mədəniyyət və incəsənət" peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:

1. "030104 Memarlıq hissələrinin modelləşdirilməsi və yapılması";

2. "030105 Dekorativ suvaq və yapma məmulatlarının bərpası";

3. "030106 İnşaat işlərinin bərpası";

4. "030107 Xalça və xalça məmulatlarının bərpası";

5. "030108 Daş və ağac memarlıq abidələrinin bərpası";

6. "030109 Musiqi alətlərinin bərpası";

7. "030110 İnteryer və eksteryerin bədii tərtibatı";

8. "030112 Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar";

9. "030113 Ağac və parça üzərində naxış və rəssamlıq";

10. "030119 Xalq bədii yaradıcılığı"; 

"İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə" peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:

1. "030207 Kino-video nümayişi";

2. "030211 Fotoqraf işi";

"İlkin tələbat və ərzaq mallarının texnologiyası" peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:

1. "030818 Tikiş istehsalatı";

2. "030819 Modelçilik və dizayner".

Bu Qərarın 1-ci hissəsində göstərilən peşə istiqamətləri istisna olmaqla, digər peşə istiqamətləri üzrə tədris qrupları 15 nəfərdən az, 20 nəfərdən çox olmamaqla formalaşdırılır.

Tədris qruplarında təhsil alanların sayı 16 nəfərdən çox olduqda, laboratoriya və istehsalat təlimi dərslərində həmin qruplar iki yarımqrupa bölünə bilər.

Əlaqədar

Azərbaycanda peşə məktəbləri ilə bağlı vacib qərar verildi
Bu gün onların peşə bayramıdır
Nazir: "Peşə təhsilinin inkişafı üçün yol xəritəsi cızmışıq"
Peşə təhsili müəssisələrində təhsil müddəti dəyişdi
Teqlər:
Nazirlər Kabineti, peşə

Əsas mövzular