Nazir: "Peşə təhsilinin inkişafı üçün yol xəritəsi cızmışıq"

© Photo : REPORT / Elçin MuradДжейхун Байрамов, фото из архива
Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir bildirib ki, görülən işlərin nəticəsində artıq oxuyub, başa düşmə səviyyəsində 10 faizədək artım olub

BAKI, 20 dekabr - Sputnik. Dünya Bakının təşkilatçılığı ilə "İnsan Kapital Forumu" işə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Dünya Bankı, UNİCEF-in təmsilçiləri, həmçinin Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov çıxış edib. 

Sənədin imzalanması - Sputnik Azərbaycan
Təhsil naziri əmr imzalayıb

C.Bayramov son illərdə təhsil sahəsində görülən işlərdən söz açıb. Nazir 5-6 yaşlı uşaqların məktəbə hazırlığından danışıb:  "5-6 yaşlı uşaqların hazırlıq səviyyəsi ilə bağlı 24 faizdən 75 faizədək müsbət nəticələr əldə etmişik. Bununla yanaşı, “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəmiz artıq icra olunur. Bu pilot layihədə hazırda 2 mindən çox şagird var".

Nazir, həmçinin peşə təhsil məktəblərinə də marağın artırılmasından söz açıb:  "Şagirdlərin erkən olaraq təhsili tərk etməsi mənfi nəticələrə, həmçinin gələcəkdə böyük maliyyə problemlərinə səbəb olacaq. Artıq Azərbaycanda da peşə təhsilinin inkişafı üçün yol xəritəsini cızmışıq. Bunun nəticəsi olaraq biz peşə təhsilində 27 faizədək müsbət nəticə əldə etmişik".

Nazir bildirib ki, görülən işlərin nəticəsində artıq oxuyub, başa düşmə səviyyəsində 10 faizədək artım olub.

Xəbər lenti
0