11:07 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Reanimasiya, arxiv şəkli

Keçmiş rektor bu gün evə buraxılacaq

© Sputnik / Vladimir Smirnov
XƏBƏRLƏR
Qısa URL
221 0 0

Baş həkim: "Xəstəyə qan təzyiqinin yüksəlməsi – hipertoniya diaqnozu qoyuldu"

BAKI, 13 fevral — Sputnik. Xəbər verdiymiz kimi, ötən gün Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hazırda Universitetin "Kimya" fakültəsinin kafedra müdiri olan Abel Məhərrəmovun səhhəti pisləşib. O, ürək çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Sputnik Azərbaycan-a danışan xəstəxananın baş həkimi Kamran Musayev xəstənin son vəziyyəti ilə bağlı məlumat verib: "Artıq xəstənin vəziyyəti stabilləşib, bu gün onu evə göndərəcəyik".

"Xəstəyə qan təzyiqinin yüksəlməsi – hipertoniya diaqnozu qoyuldu. Bu, həm də ürək, qan-damar sistemi ilə bağlı bir problemdir. Hazırda qan təzyiqi normadadır. Abel Məhərrəmovun birmənalı olaraq əməliyyata ehtiyacı yoxdur" – deyə K.Musayev əlavə edib.

Əlaqədar

Şeyxülislam təyyarə olayları və Abel Məhərrəmovla münasibətlərdən danışdı
Abel Məhərrəmov Almaniyaya aparıla bilər
Abel Məhərrəmovun səhhəti ilə bağlı son durum
Teqlər:
Abel Məhərrəmov, rektor, BDU, Bakı Dövlət Universiteti

Əsas mövzular