BAKI, 13 fevral — Sputnik. Xəbər verdiymiz kimi, ötən gün Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hazırda Universitetin "Kimya" fakültəsinin kafedra müdiri olan Abel Məhərrəmovun səhhəti pisləşib. O, ürək çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Sputnik Azərbaycan-a danışan xəstəxananın baş həkimi Kamran Musayev xəstənin son vəziyyəti ilə bağlı məlumat verib: "Artıq xəstənin vəziyyəti stabilləşib, bu gün onu evə göndərəcəyik".
"Xəstəyə qan təzyiqinin yüksəlməsi – hipertoniya diaqnozu qoyuldu. Bu, həm də ürək, qan-damar sistemi ilə bağlı bir problemdir. Hazırda qan təzyiqi normadadır. Abel Məhərrəmovun birmənalı olaraq əməliyyata ehtiyacı yoxdur" – deyə K.Musayev əlavə edib.