06:52 17 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Kikboksçu qızlar

Kikboks federasiyasında baş məşqçi etiraz edib postdan getdi

© Sputnik / Tarana Khudabkhshiyeva
XƏBƏRLƏR
Qısa URL
191 0 0

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Azərbaycan Kikboks Federasiyasında qadınlardan ibarət millinin baş məşqçisi istefa verib. Anar Süleymanovı baş məşqçilik postundan gedib. Bunun səbəbini Sputnik Azərbaycan-ın əməkdaşı Anar Süleymanlıdan soruşub.

O, deyib ki, buna səbəb gənclər və yeniyetmələrin yeni baş məşqçisidir: "Kikboksda qız idmançıların sayı azdır. Mən də neçə ildir gənc qızları böyüdüb, inkişaf etdirib qadınlar yaş qrupuna kimi gətirirəm. Bu gün isə öyrəndim ki, gənc və yeniyetmələr katiqoriyası üzrə yeni baş məşqçi təyin olunub. O, da müəllimlik təcrübəsi olmayan Aysu Nağızadədir. Mən bu qərarı qəbul edə bilmədim. Federasiya rəhbərliyinə bildirdim ki, mən baş məşqçi postundan gedirəm. Beləliklə, bu gündən etibarən mən baş məşqçi deyiləm".

 

Əsas mövzular