09:48 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Абитуриенты в ходе экзамена, фото из архива

Ali təhsil müəllimlərinə sevindirici xəbər

© AFP 2019 / FREDERICK FLORIN
XƏBƏRLƏR
Qısa URL
162 0 0

Nizamnamədə qeyd edilir ki, ali təhsil müəssisəsi Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər

BAKI, 16 yanvar — Sputnik. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldiləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə öz əksini tapıb. 

Nizamnaməyə uyğun olaraq, ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

Nizamnamədə qeyd edilir ki, ali təhsil müəssisəsi Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

Bunun üçün ali təhsil müəssisəsi tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin razılığı ilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edır.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

Əlaqədar

Nazirlər Kabineti Azərbaycanın gələcəyi ilə bağlı taleyüklü məsələni müzakirə etdi
Nazirlər Kabineti borclular və pul öhdəlikləri barədə qərar verib
Nazirlər Kabineti ali təhsillə bağlı nizamnaməni təsdiqləyib
Teqlər:
Nazirlər Kabineti, müəllim, ali təhsil

Əsas mövzular