Ali təhsil müəllimlərinə sevindirici xəbər

© AFP 2024 / FREDERICK FLORINАбитуриенты в ходе экзамена, фото из архива
Абитуриенты в ходе экзамена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nizamnamədə qeyd edilir ki, ali təhsil müəssisəsi Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər

BAKI, 16 yanvar — Sputnik. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldiləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə öz əksini tapıb. 

Кабинет министров Азербайджанской Республики. Архивное фото - Sputnik Azərbaycan
Nazirlər Kabineti ali təhsillə bağlı nizamnaməni təsdiqləyib

Nizamnaməyə uyğun olaraq, ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

Nizamnamədə qeyd edilir ki, ali təhsil müəssisəsi Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

Bunun üçün ali təhsil müəssisəsi tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin razılığı ilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edır.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

Xəbər lenti
0