00:33 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
495 0 0

“İstedadlı şagird üçün istedadı müəllim" müsabiqəsində müəllimlərə beynəlxalq olimpiada üçün nəzərdə tutulmuş suallar təqdim edilib"

BAKI, 4 yanvar - Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Təhsil Nazirliyində ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydaları ilə bağlı tətbiq edilən yeniliklərə dair press brifinq keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərə aydınlıq gətirib, detalları açıqlayıb.

Nazirlik rəsmisi, həmçinin bir qrup müəllimlərin riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən keçirilmiş qapalı tipli test tapşırıqlarından aşağı nəticə göstərməsinə də münasibət bildirib. 

O qeyd edib ki, “İstedadlı şagird üçün istedadı müəllim" müsabiqəsində müəllimlərə beynəlxalq olimpiada üçün nəzərdə tutulmuş suallar təqdim edilib: “Məktəb müəllimindən beynəlxalq olimpiada suallarının hamısına düzgün cavab verməyi gözləmək düzgün deyil. Çünki müəllimlər bu mövzuları dərindən bilmirlər və bu, normal haldır. Hətta bu müəllimlərin 90 faizi ilk dəfə idi ki, beynəlxalq olimpiada sualları ilə qarşılaşırdı. Şərt o deyildi ki, bütün müəllimlər yüksək nəticə göstərsin. Fizikadan 95 bal toplayan müəllimlərimiz də var.Müəllim hazırlıqsız gələrək 40 bal toplayıbsa, bu, pis nəticə deyil”.  

“Heç bir müəllim imtahana məcburi göndərilməyib. Pul mükafatı olduğu üçün çox müəllim özünü sınayıb. Olimpiadada bu qədər müəllimin özünü sınaması da əladır” – deyə E.Əmrullayev əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Təhsil Nazirliyi tərəfindən riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun qapalı tipli test tapşırıqlarından imtahan keçirilib. Layihənin məqsədi istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə cəlb ediləcək müəllimlərin müəyyənləşdirilməsi, onların bu sahədə olan fəaliyyətlərinin dəstəklənməsi və yeni fəaliyyətlərə təşviq edilməsindən ibarət olub.

Ancaq imtahan nəticələrinə əsasən, ki, müəllimlərin bilik və bacarıqları 50 faizdən aşağıdır. Belə ki, riyaziyyat müəllimlərinin 99, kimya müəllimlərinin 95, fizika müəllimlərin 94, informatika müəllimlərinin 90, biologiya müəllimlərinin isə 49%-i test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb.

Əlaqədar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu
Ali təhsil müəssisələrinə qəbul qaydaları dəyişdirildi
Təhsil sahəsində ediləcək yeniliklərin anonsu verildi
Teqlər:
olimpiada, imtahan, brifinq, Təhsil Nazirliyi

Əsas mövzular

  • Bakıda COVİD-19 yazısı olan tablo

    Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

    1266
  • Süni nəfəs aparatına qoşulmuş şəxs, arxiv şəkli

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

    1973
  • Yasamal rayonu ərazisində dezinfeksiya işləri

    "İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

    1050