11:57 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Президент США Дональд Трамп, фото из архива

"Bizsiz rejiminiz iki həftəyə çökər" – Trampdan müsəlman ölkəsinə sərt xəbərdarlıq

© REUTERS / Leah Millis
XƏBƏRLƏR
Qısa URL
13294 0 0

ABŞ prezidenti təkidlə bu ölkələrin təhlükəsizliyinin qarşılığında neft qiymətlərini aşağı salmağı istəyib

BAKI, 3 oktyabr — Sputnik. “Əgər on illərdi davam edəm hərbi dəstəyimiz olmasa, Səudiyyə Ərəbistanı monarxiyası iki həftə ərzində çökər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Missisipi ştatında çıxışı zamanı bildirib. 

"Biz Səudiyyə Ərəbistanını qoruyuruq. Mən kralı, kral Salmanı sevirəm. Amma mən krala dedim. Biz sizi qoruyuruq, biz olmadan siz orada iki həftə belə ola bilməzsiniz. Siz bu qorumaya görə ödəniş etməlisiz", — deyə Tramp vurğulayıb.

ABŞ prezidenti kral Salmanla danışığının nə vaxt baş tutduğunu deməsə də, hər iki lider ötən şənbə telefon danışığı zamanı qlobal neft tədarükü məsələsini müzakirə edib.

Tramp çıxışı zamanı dəfələrlə ABŞ hərbçiləri və ölkəsinin "qoruyucu" rolunu vurğulayıb. O, həmçinin NATO-ya üzv ölkələrin alyansa öz töhfələrini verməli olduğunu qeyd edib.

Xatırladaq ki, Tramp, hələlik neftlə zəngin regionda ABŞ hərbçilərinin saxlanılmasına görə pul tələb etməyib, lakin ABŞ prezidenti təkidlə bu ölkələrin təhlükəsizliyinin qarşılığında neft qiymətlərini aşağı salmağı istəyib.

"Biz bu xalqların böyük əksəriyyətini pulsuz qoruyuruq, lakin onlar bizə baha neft qiymətlər təklif etməklə üstünlük əldə edirlər. Bu yaxşı deyil. Biz onlardan neftin qiymətini qaldırmağı dayandırmalarını istəyirik. Biz onlardan qiymətləri aşağı salmağa başlamalarını istəyirik".

Əlaqədar

Ərdoğan Tramp və Merkellə gizli danışıqlarının detallarını açıqladı
İdmançı prezident olmaq niyyətindədir: "Tramp olubsa, mən niyə olmayım?"
Tramp Ruhani ilə görüşündən danışdı
Tramp evini qasırğa dağıdan adamla məzələndi: “Qazanmısınız”
Polşadan ABŞ-a "Tramp qalası" xahişi
Tramp bu dəfə Avropa İttifaqını təhdid etdi
Tramp Çinə qarşı radikal qərar verdi
Teqlər:
Tramp, xəbərdarlıq, NATO, Səudiyyə Ərəbistanı

Əsas mövzular