09:25 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Азербайджанский композитор, народный артист СССР Гара Гараев в 1917 году

Dahi Azərbaycan bəstəkarının ev muzeyi açılıb

© Sputnik / Oleg Ignatovich
XƏBƏRLƏR
Qısa URL
22 0 0

Tədbir bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri ilə yekunlaşıb

BAKI, 2 oktyabr — Sputnik. Oktyabrın 1-də dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin Bakı şəhərində ev-muzeyinin açılış mərasimi keçirilib. Sputnik Azərbaycan bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ev-muzeyinin açılması münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Beynəlxalq Musiqi Günü münasibətilə müxtəlif ölkələrdə rəngarəng tədbirlər keçirilir: "Bu gün Qara Qarayevin ev-muzeyinin açılması dahi bəstəkarın yaradıcılığına böyük bir hədiyyədir. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bu il dünya şöhrətli musiqiçinin 100 illik yubileyi geniş qeyd olunur, silsilə tədbirlər keçirilir. Bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini də burada yaradıb. Onun məşhur “Yeddi gözəl” baleti də bu evdə qələmə alınıb”. 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ölkəmizdə musiqi və incəsənət xadimlərinin ev-muzeylərinin yaradılması dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: “Qara Qarayevin gənclik illərini keçirdiyi bu yaradıcılıq ocağı müqəddəs bir məkandır. Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Onun tələbələri belə böyük bir bəstəkardan dərs aldıqları üçün fəxr edirlər. Ondan yalnız bəstəkarlıq deyil, mənəviyyat dərsi alıblar. Qara müəllim çox təvazökar ziyalı insan idi. Onun sözləri ilə əməlləri həmişə üst-üstə düşürdü. Ölkəmizi dünya miqyasında şərəflə təmsil edən dahi bəstəkar öz tələbələrinin xatirəsində həmişə yaşayır”.

Qara Qarayevin yaradıcılıq yolundan danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar böyük bəstəkarı həm keçmişin, həm də gələcəyin sənətkarı adlandırıb: “Qara Qarayev dünyada Azərbaycan musiqisinin elçisi idi. Onun bu evdə qələmə aldığı “Yeddi gözəl” baleti və başqa əsərləri dünyanın müxtəlif ölkələrində səsləndirilib. Onun əsərlərində Albaniya, Vyetnam, İspaniya və digər ölkələrin musiqi motivləri duyulurdu. Qara Qarayev Azərbaycan musiqisində çox böyük izlər qoyub”.

Çıxışlardan sonra ev-muzeyinin açılışı olub. Bəstəkarın qızı, tanınmış pianoçu Züleyxa Qarayeva qonaqları mədəniyyət ocağı ilə tanış edib. Tədbir iştirakçılarına Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitab və disk təqdim olunub. Kitabın elmi redaktoru professor Kərim Tahirov nəşr haqqında məlumat verib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti Tofiq Bakıxanov və başqaları Qara Qarayevin yüksək sənətkarlıq məziyyətlərindən, Azərbaycan musiqi sənətinə verdiyi əvəzsiz töhfələrdən danışıblar.

Tədbir bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri ilə yekunlaşıb.

Əlaqədar

Azərbaycanda tanınmış bəstəkar qəbirdən çıxarıldı
Bütün sovet uşaqlarının sevimlisi olan "bakılı" bəstəkar öldü
Ürəkləri fəth etmiş azərbaycanlı bəstəkar
Görkəmli bəstəkar dəfn olundu
Görkəmli pedaqoq, dirijor və bəstəkar
Dahi bəstəkar Qara Qarayevin xatirəsi yad edildi
Dahi bəstəkar və skripkaçı
Teqlər:
Əbülfəs Qarayev, İspaniya, Vyetnam, Albaniya, Yeddi gözəl” baleti, Xalq artisti Qara Qarayev

Əsas mövzular