15:29 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Əmr imzalayan şəxs

Daha bir yüksək vəzifədən istefa: Yerinə təyinat da var

CC0 / Free-Photos / Documents
XƏBƏRLƏR
Qısa URL
2307 0 0

Baxşəliyevin yerinə Dadaşova təyin olunub

BAKI, 27 sentyabr — Sputnik. 21 sentyabr 2018-ci il tarixində Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən əmr imzalayıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əmrə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.

21 sentyabr 2018-ci il tarixində Səhiyyə naziri Oqtay Şirəliyevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən imzaladığı digər əmrə əsasən Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Əlaqədar

Məşhur aktyor ortaya gözlənilməz iddia qoydu - Vəzifəyə gəlmək istəyir
Mühüm vəzifəyə yeni təyin oldu
Rusiya ilə dostluğun tərəfdarı olan prezident vəzifəsindən kənarlaşdırılıb
Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi
Teqlər:
Dadaşova Gülnaz Mahir qızı, Adil Baxşəli oğlu Baxşəliyev, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Səhiyyə naziri Oqtay Şirəliyev, direktor, Səhiyyə Nazirliyi, vəzifə

Əsas mövzular