Daha bir yüksək vəzifədən istefa: Yerinə təyinat da var

© Photo : pixabay / Free-PhotosЧеловек, работающий с документами
Человек, работающий с документами - Sputnik Azərbaycan
Abunə olmaq
Baxşəliyevin yerinə Dadaşova təyin olunub

BAKI, 27 sentyabr — Sputnik. 21 sentyabr 2018-ci il tarixində Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən əmr imzalayıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əmrə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.

21 sentyabr 2018-ci il tarixində Səhiyyə naziri Oqtay Şirəliyevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən imzaladığı digər əmrə əsasən Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Xəbər lenti
0