18:51 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
ABŞ prezidenti Donald Tramp

Tramp müsəlmanlara görə Çinə sanksiya tətbiq edəcək

© REUTERS / Yuri Gripas
XƏBƏRLƏR
Qısa URL
341 0 0

Trampın bu qərarı müsəlmanları sevindirəcək

BAKI, 11 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın Administrasiyası insan haqlarının pozulması ilə bağlı Çinə qarşı yeni sanksiyaların tətbiqin nəzərdən keçirir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "The New York Times" nəşri hazırkı və sabiq rəsmi şəxslərə istinadən xəbər verir. 

Qeyd edək ki, daha əvvəl nəşr Çinin Sintszyan-Uyğur muxtar rayonunda müsəlmanlar üçün olan "təhsil düşərgələri"ndə bir milyona qədər etnik uyğurun ola biləcəyini yazmışdı. Bildirilirdi ki, Çin rəhbərliyi onları Çin dili, qanunlarını öyrənməyə məcbur edir. Bu düşərgələrdə onlar bir növ "transformasiya"dan keçirlər.

"The New York Times" nəşri yazır ki, əgər Tramp administrasiyası yeni sanksiyaları qəbul etsə, onda bu insan haqlarının pozulmasına görə Çinə tətbiq olunacaq ilk sanksiyalar olacaq. Yeni sanksiyalar ABŞ-dan uyğurlara nəzarət etmək üçün istifadə olunan müşahidə texnologiyalarının tədarükünü məhdudlaşdıracaq. Nəşr yazır ki, Ağ Ev, Maliyyə Nazirliyi və Dövlət Departamenti son aylar sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirir.

Əlaqədar

Tramp ABŞ-da fövqəladə vəziyyət rejiminin müddətini uzadıb: "Terror təhlükəsi var"
ABŞ-ı qarışdıracaq kitab gəlir, Tramp biabır edilib
Donald Tramp istefa xəbərlərinə reaksiya verdi
Donald Tramp Azərbaycanla bağlı qərarını verdi
Tramp ərəb dünyasını qızdıracaq qərar verdi
Görün, Tramp dünyanı nə ilə hədələyir
Tramp jurnalistlərə qırmızı kart göstərdi
Tramp bütün "oyun qaydalarını" alt-üst edir, dünya düzəni təhdid altındadır
Tramp tapşırdı, o da səfərini ləğv etdi
Teqlər:
rəsmi şəxslər, Çin, Donald Tramp, ABŞ

Əsas mövzular