BAKI, 11 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın Administrasiyası insan haqlarının pozulması ilə bağlı Çinə qarşı yeni sanksiyaların tətbiqin nəzərdən keçirir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "The New York Times" nəşri hazırkı və sabiq rəsmi şəxslərə istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl nəşr Çinin Sintszyan-Uyğur muxtar rayonunda müsəlmanlar üçün olan "təhsil düşərgələri"ndə bir milyona qədər etnik uyğurun ola biləcəyini yazmışdı. Bildirilirdi ki, Çin rəhbərliyi onları Çin dili, qanunlarını öyrənməyə məcbur edir. Bu düşərgələrdə onlar bir növ "transformasiya"dan keçirlər.
"The New York Times" nəşri yazır ki, əgər Tramp administrasiyası yeni sanksiyaları qəbul etsə, onda bu insan haqlarının pozulmasına görə Çinə tətbiq olunacaq ilk sanksiyalar olacaq. Yeni sanksiyalar ABŞ-dan uyğurlara nəzarət etmək üçün istifadə olunan müşahidə texnologiyalarının tədarükünü məhdudlaşdıracaq. Nəşr yazır ki, Ağ Ev, Maliyyə Nazirliyi və Dövlət Departamenti son aylar sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirir.