22:32 21 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Siyavuş Novruzov

Millət vəkili xaricdəki azərbaycanlılar barədə sərt danışdı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
20201

“Xaricdə yaşayan bəzi azərbaycanlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı iş aparırlar”

BAKI, 3 aprel — Sputnik. “Xaricdə yaşayan bəzi azərbaycanlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı iş aparırlar. Azərbaycanın Fransadakı səfirliyi qarşısında aksiya keçirirlər. Amma bir dəfə də olsun, Ermənistanın səfirliyi qarşısında aksiya keçirməyiblər. Almaniyada da bu cür əməllər törədirlər”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Millət vəkili bildirib ki, vətənə, xalqa müxalif olmaq olmaz: “Bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır. Hamı mövqeyini bildirməlidir. Həmin insanlar ölkə prezidentini təhqir etməməlidirlər”.

S.Novruzov bildirib ki, xaricdə Azərbaycana qarşı iş aparan bəzi insanlar ölkədə olanda heç bir siyasi partiyada təmsil olunmayıblar, heç bir mətbu orqanda çalışmayıblar: “Bunlar necə olur ki, mühacir statusu alırlar?”.

Əlaqədar

Siyavuş Novruzov: "Rusiya Qarabağ məsələsində daha ədalətli mövqe tutmalıdır"
Siyavuş Novruzov: “Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb”
Siyavuş Novruzov: "İndidən Azərbaycan əleyhinə bəyanatlar üçün zəmin formalaşdırılır"
Siyavuş Novruzov: “İrəvanla bağlı bütün sənədlər Rusiya arxivlərində saxlanılır”
Siyavuş Novruzov imkansızlıqdan danışdı: "Pul ayrılsa, yaxşı olar"
Siyavuş Novruzov: Bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki...
Siyavuş Novruzov: Kim pul verirsə, musiqini də o, sifariş edir
Teqlər:
Yeni Azərbaycan Partiyası, Milli Məclis, millət vəkili, Azərbaycan, prezident

Əsas mövzular