12:58 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Ukraynada polis avtomobili, arxiv şəkli

Xarkovda müəmmalı qətl - Öldürülən azərbaycanlı Lənkəranskinin klanına necə daxil olub

© AFP 2018 / SERGEI SUPINSKY
XƏBƏRLƏR
Qısa URL
561 0 0

Xarkovda qətlə yetirilən gənc Rövşən Lənkəranski və Lotu Quli klanları arasındakı davanın qurbanı olub

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Üç il əvvəl Ukraynaya gedən neftçalalı valyuta tacirinin oğlu kriminal avtoritet Rövşən Canıyev (Lənkəranski) tərəfdarlarının klanına daxil olub və öldürülüb. Martın 29-da Xarkovda Azərbaycan vətəndaşının qətlə yetirilməsi və Azərbaycan əsilli Gürcüstan vətəndaşının yaralanması faktı ilə bağlı saxlanılan yoxdur.

Bununla bağlı Sputnik Azərbaycan-a Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, martın 29-da saat 23:00 radələrində Xarkovdakı "Ağdam" restoranı yaxınlığında atəş səsləri eşidilib. Ukrayna DİN-in məlumatına görə, Nyuton küçəsi ilə Lev Landau prospektinin kəsişməsində naməlum şəxslər restoranda istirahət edən qrupa hücum ediblər. Bir neçə adam gözlənilmədən silahlardan atəş açmağa başlayanda, məclisdəki on nəfər restorandan çıxıb. Atəş nəticəsində 1984-cü il təvəllüdlü İsmayılov Zaur Xəzər oğlu başından güllə yarası alıb və hadisə yerindəcə keçinib. Gürcüstan vətəndaşı olan Rəhim Zeynalov isə budundan yaralanıb və xəstəxanaya aparılıb.

Eyni zamanda hadisə yerində olan "Toyota" markalı avtomobil də zərər görüb. Hücum edən şəxslər silahlarını hadisə yerində ataraq qaçıblar. Hadisə ilə bağlı şəhərdə "Sirena" əməliyyatı başlayıb.

Qətlə yetirilmiş İsmayılovun cəsədi dəfn edilmək üçün doğma Neftçala rayonuna göndərilib.

Ukrayna DİN-in əməkdaşlarının sözlərinə görə, hələ məsələnin üstü tam açılmadığından, hadisənin cinayət qrupları arasında baş verən münaqişə ola biləcəyi barədə məlumat yaymırlar.

Bir sıra KİV-lərin yaydığı məlumata görə isə hazırda Türkiyədə yaşayan "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) əlaltıları bu minvalla 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin tərəfdarları ilə hesablaşırlar.

Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbə Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində bildirib ki, İsmayılov 3 il əvvəl Xarkov şəhərinə gedib. Cavan oğlan Xarkovda imkanlı dayısının yanında məskunlaşıb və "Barabaşovo" bazarında ticarət və bizneslə məşğul olmağa başlayıb. Qeyd edək ki, İsmayılovun atası Xəzər hazırda Neftçalada yaşayır və valyutadəyişmə məntəqəsində işləyir. Zaur İsmayılov isə Ukraynada Rövşən Lənkəranski tərəfdarlarının kriminal qruplaşmasına daxil olub.

Mənbənin sözlərinə görə, Lotu Quli və Rövşən Lənkəranski tərəfdarları arasında münaqişə mövcuddur. Lakin hələlik bu münaqişənin predmeti müəyyənləşməyib.

Bununla yanaşı, Rövşən Canıyevin mövqeyi Ukraynada çox güclü olub. Lənkəranski dəfələrlə Ukraynada saxta pasportla saxlanılıb, lakin o, hər dəfə yenidən geri qayıdıb. Yeri gəlmişkən, sözügedən qruplaşmalar arasında dava yeni deyil. 7 aprel 2014-cü ildə Odessanın mərkəzindəki "Veçerniy Baku" restoranında Vaxa ləqəbli nüfuzlu "qanuni oğru" Baxış Əliyev öldürülüb. Cinayət təsir dairələrinin yenidən bölüşdürülməsi ilə əlaqədar baş verib.

Hüquq-mühafizə orqanları bu qətli “oğrular” Əli Heydərov (Lənkəranski tərəfdarı Albert Rıji) və Lotu Quli arasında baş verən münaqişə ilə əlaqələndiriblər. Elə həmin vaxtlardan kriminal aləmdə söhbət gəzirdi ki, bu müharibənin növbəti qurbanı Rövşən Lənkəranski olacaq.

Nadir Səlifov cidd-cəhdlə Ukraynadakı azərbaycanlıları sıxaraq ticarət obyektlərini onların əlindən almağa və orada öz nüfuzunu bərqərar etməyə çalışır.

Əlaqədar

Ukraynada azərbaycanlının güllələnməsinin təfərrüatı məlum olub
Teqlər:
qarşıdurma, Rövşən Lənkəranski, "Lotu Quli", güllələnmə, kriminal aləm

Əsas mövzular