Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadakı kütləvi davada Rövşən Lənkəranski izi

CC0 / anima-pura-wandbilder / Back LightТени людей, фото из архива
Тени людей, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın hüquq-mühafizə orqanları kriminal avtoritetin Zelenoqradda vəziyyətə baxan nümayəndəsini axtarırlar

BAKI, 8 avqust — Sputnik. Azərbaycan əsilli Şamxal Hüseynov Zelenoqraddakı "Dialoq" kafesində baş verən silahlı insident faktı ilə bağlı saxlanılıb. Həmin insidentdə bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Bu barədə Sputnik Azərbaycan-a cinayətin şahidi olan Azərbaycan diasporunun adının açıqlanmasını istəməyən nümayəndəsi xəbər verib.

Mənbə sözügedən qanlı münaqişənin təfərrüatlarını açıqlayıb. Azərbaycanlılarla inquşların münaqişəsi Azərbaycanın Beyləqan rayonundan olan sabiq polis işçisi, Cahangir adlı şəxsin obyektində baş verib. Bəzi məlumatlara görə, Cahangir kriminal aləmdə Hacı Beyləqanski adı ilə məşhur olan kriminal avtoritet Hacıbaba Talıbxanlının qohumudur. Hacı Beyləqanski kriminal aləmdə həmişə məşhur avtoritet Rövşən Lənkəranskinin sağ əli sayılıb. Lənkəranski qətlə yetirildikdən sonra isə hüquq-mühafizə orqanları Beyləqanskini Rövşənin qətlini təşkil etməkdə günahlandırmışdılar, lakin bunun sübutunu tapmamışdılar. 

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski - Sputnik Azərbaycan
Rövşən Lənkəranski Lotu Bəxtiyarın rekordunu təzələdi

Kafenin ziyarətçiləri arasında dava səhər saat 5 radələrində baş verib. Kafe həmin saatda bağlı olsa da, hələ içəridə müştərilər var imiş. Hər şey özbəklərdən başlayıb. İki özbək kafedə dalaşırmış və bu davaya Hüseynov da qatılıb. Həmin vaxt Hüseynovun kafedə olan və hadisəyə qədər xeyli spirtli içki qəbul etmiş inquş dostları dalaşan özbəkləri ayırmaq qərarına gəliblər. Bu zaman Hüseynov hirslə inquşun başında piyaləni qırıb və bununla da ara lap qarışıb. Yaralı inquş köməyə öz həmyerlilərini çağırıb. Travmatik tapança ilə silahlanmış 32 yaşlı İbrahim Beçurkayev münaqişə zamanı silahın lüləsini Hüseynovun ağzına dirəyib və onu atacağı ilə hədələyib. Elə bu vaxt 23 yaşlı Rəşad adlı azərbaycanlı (Sumqayıt əsilli) Beçurkayevin üstünə bıçaq çıxarıb və tapançanı Hüseynovdan uzaq tutmağı tələb edib. Beçurkayev tapançanı uzaqlaşdırmadığından, böyründən iki bıçaq yarası alıb. Qanı axan Beçurkayev ölməmişdən əvəl iki dəfə atəş aça bilib. Ölən şəxs üç uşaq atası olub. Xəsarət alan digər şəxs — Aslan Bokov isə hazırda xəstəxanadadır. O, bir neçə bıçaq yarası alıb.

Hazırda faktla bağlı bir neçə nəfər saxlanılıb. Güc strukturlarının nümayəndələri Hüseynovun və onun ortağının avtomobillərini ələ keçiriblər. Saxlanılan şəxsdən bir neçə bıçaq götürüb. Rəşad özü isə hələlik saxlanılmayıb. Əgər hüquq-mühafizə orqanları onu saxlasalar, onun sağ qalma şansları var. Əks təqdirdə  inquşlar onu Beçurkayevin qətlinə görə ölümlə hədələyirlər.

Davanın şahidlərinin sözlərinə görə, münaqişənin bütün iştirakçıları anlaqlı vəziyyətdə olmayıblar. Çünki onlar spirtli içkilərlə yanaşı psixotrop "Lirika" həblərini qəbul ediblər.

Moskva İstintaq Komitəsi ölüm faktı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 11-ci maddəsinin 4-cü bəndi ilə (qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) cinayət işi açılıb. Rusiya KİV-ləri davanın kafenin çölündə və içərisində quraşdırılmış videokameralar vasitəsilə əldə olunmuş görüntülərini yayıblar. Orada açıq-aydın 3 nəfərin necə obyektə yaxınlaşdığı və bağlı qapıdan necə içəri keçməyə cəhd etdikləri görünür. Bundan sonra onlardan biri tapança ilə binaya atəş açır və kafedəki adamları küçəyə çıxmağa çağırır. İçəridə isə kamera kəsici alətlərlə silahlanmış bir qrup kişini qeydə alır.

Faktla bağlı araşdırma davam edir.

Bununla belə, məlumdur ki, axtarışda olan Rəşad öz mühitində Hacı Beyləqanskinin Zelenoqrad üzrə vəziyyətə baxan nümayəndəsi kimi tanınır. Son hadisəyə qədər Moskvaətrafı Zelenoqradda vəziyyət sabit idi. Lakin hazırda azərbaycanlı və inquş diasporlarının nümayəndələri arasında yaranmış gərginlik orada cinayətkarlığın artması təhlükəsi üçün zəmin yaradır.

Xəbər lenti
0