03:58 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib, arxiv şəkli

Prezident və xanımı ümumxalq şənliyinə qatılıb

© Official website of President of Azerbaijan Republic
XƏBƏRLƏR
Qısa URL
213 0 0

İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

BAKI, 19 mart — Sputnik. Bakıda Azərbaycan xalqının milli bayramı — Novruz münasibətilə ümumxalq şənliyi keçirilir. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda təşkil olunmuş ümumxalq şənliyində, 18 mart 2017-ci il
© Official website of President of Azerbaijan Republic

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu. Bahar qız dövlətimizin başçısına səməni təqdim etdi.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar. Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Dövlət başçısı bayram şənliyində nitq söylədi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdılar. Dövlətimizin başçısı və xanımı "Novruz" yarmarkası ilə tanış oldular.

Əlaqədar

Banklardan əhaliyə Novruz bayramı xəbərdarlığı
Novruz bayramı günlərində turistləri Azərbaycanda nə gözləyir
Bakıda Novruz karvanı təşkil olunmayacaq
Pis xəbər: Novruz bayramında əfv olmaya bilər
Teqlər:
ümumxalq şənliyi, birinci xanım Mehriban Əliyeva, Novruz bayramı, Bakı, İlham Əliyev, dövlət başçısı, Azərbaycan, prezident

Əsas mövzular