Prezident və xanımı ümumxalq şənliyinə qatılıb

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

BAKI, 19 mart — Sputnik. Bakıda Azərbaycan xalqının milli bayramı — Novruz münasibətilə ümumxalq şənliyi keçirilir. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda təşkil olunmuş ümumxalq şənliyində, 18 mart 2017-ci il - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu. Bahar qız dövlətimizin başçısına səməni təqdim etdi.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar. Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Dövlət başçısı bayram şənliyində nitq söylədi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdılar. Dövlətimizin başçısı və xanımı "Novruz" yarmarkası ilə tanış oldular.

Xəbər lenti
0