07:00 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
87210

Ən yüksək qiymətlə hərraca çıxarılan avtomobil Milli Məclisin İşlər İdarəsinə məxsusdur

BAKI, 4 yanvar — Sputnik. İki nazirlik, Milli Məclis və Mərkəzi Seçki Komissiyası balansında olan avtomobilləri özəlləşdirməyə təqdim edib. Sputnik Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinə istinadla xəbər verir ki, 30 yanvar tarixində keçiriləcək hərraca ümumilikdə 14 avtomobil təqdim edilib.

Avtomobillərdən 7-sini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, 4-nü Maliyyə Nazirliyi, 2-sini Milli Məclis, 1-ni isə Mərkəzi Seçki Komissiyası təqdim edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hərraca çıxardığı avtomobillər ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsusdur. Hərracda, ləğv edilmiş müəssisənin əsasən "Kamaz" və MAZ markalı yük maşınları satılacaq.

Cədvəl
© Photo : Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidməti
Cədvəl

Ən yüksək qiymətlə hərraca çıxarılan avtomobil Milli Məclisin İşlər İdarəsinə məxsusdur. Məclisin təqdim etdiyi "Nissan Maxima" avtomobili üçün ilkin start qiyməti 5000 manat müəyyən edilib. Ən aşağı qiymətə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinin təqdim etdiyi "Moskviç İJ-2715" markalı avtomobildir. 1987-ci il buraxılışı olan avtomobil 250 manata satılır.

Əlaqədar

Başlarına oyun açırlar: Ölkədə qara rəngli avtomobillər qadağan olundu
Avtomobillər toqquşdu, sürücülər isə bir-birilərini yumruqladılar
Mask, Marsa göndəriləcək ilk avtomobili göstərdi – FOTO
Azərbaycanda ucuz avtomobillər tarixə qovuşur
Gecə avtomobilin təkəri partladı və yalquzaqla göz-gözə gəldi
Teqlər:
Şuşa Avtonəqliyyat Müəssisəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Milli Məclis, avtomobil, hərrac, qiymət

Əsas mövzular