Dövlət qurumlarının avtomobilləri satışa çıxarıldı - 250 manatdan başlayan qiymətlər

© Sputnik / Anar MustafayevAvtomobil, arxiv şəkli
Avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ən yüksək qiymətlə hərraca çıxarılan avtomobil Milli Məclisin İşlər İdarəsinə məxsusdur

BAKI, 4 yanvar — Sputnik. İki nazirlik, Milli Məclis və Mərkəzi Seçki Komissiyası balansında olan avtomobilləri özəlləşdirməyə təqdim edib. Sputnik Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinə istinadla xəbər verir ki, 30 yanvar tarixində keçiriləcək hərraca ümumilikdə 14 avtomobil təqdim edilib.

Avtomobillərdən 7-sini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, 4-nü Maliyyə Nazirliyi, 2-sini Milli Məclis, 1-ni isə Mərkəzi Seçki Komissiyası təqdim edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hərraca çıxardığı avtomobillər ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsusdur. Hərracda, ləğv edilmiş müəssisənin əsasən "Kamaz" və MAZ markalı yük maşınları satılacaq.

© Photo : Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətiCədvəl
Cədvəl - Sputnik Azərbaycan
Cədvəl

Ən yüksək qiymətlə hərraca çıxarılan avtomobil Milli Məclisin İşlər İdarəsinə məxsusdur. Məclisin təqdim etdiyi "Nissan Maxima" avtomobili üçün ilkin start qiyməti 5000 manat müəyyən edilib. Ən aşağı qiymətə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinin təqdim etdiyi "Moskviç İJ-2715" markalı avtomobildir. 1987-ci il buraxılışı olan avtomobil 250 manata satılır.

Xəbər lenti
0