01:16 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
276 0 0

Ölkə ərazisinə gətirilən aksizli malların yeni aksiz dərəcələri müəyyənləşib

BAKI, 25 dekabr — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib. Sputnik Azərbaycan "Qafqazinfo"-ya istinadla xəbər verir ki, bu qərara əsasən, ölkə ərazisinə gətirilən aksizli malların yeni aksiz dərəcələri müəyyənləşib.

Yanacaqdoldurma məntəqəsi
© Sputnik / Maksim Blinov

Belə ki, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manata qaldırılıb. Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə isə 1 ton üçün 80 manat müəyyənləşdirilib.

Yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün 1 tona görə 80 manat müəyyənləşib.

Qeyd edək ki, bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Əlaqədar

Özbəkistan 90-cı illərə qayıdır: benzin qıtlığı yaranıb
Neft ölkəsində benzinin qiyməti rekord həddə qalxdı
Azərbaycanda benzin yenidən bahalaşacaq?
Benzinin qiyməti 1.40 manat olacaq
Teqlər:
aksiz dərəcəsi, benzin, Nazirlər Kabineti

Əsas mövzular