BAKI, 25 dekabr — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib. Sputnik Azərbaycan "Qafqazinfo"-ya istinadla xəbər verir ki, bu qərara əsasən, ölkə ərazisinə gətirilən aksizli malların yeni aksiz dərəcələri müəyyənləşib.
Belə ki, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manata qaldırılıb. Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə isə 1 ton üçün 80 manat müəyyənləşdirilib.
Yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün 1 tona görə 80 manat müəyyənləşib.
Qeyd edək ki, bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.