14:17 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
504 0 0

Daha sonra əməliyyatlar Zaqatala, Balakən, Şəki və Qəbələ rayonlarında davam etdiriləcək

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Azərbaycanın şimal bölgəsində bu gündən etibarən, Azərbaycan və Rusiya daxili işlər nazirlikləri arasında qarşılıqlı razılaşmaya və bağlanmış sazişə əsasən, hər iki ölkənin sərhədyanı ərazilərində ənənəvi "Sərhəd-sipər" əməliyyatının keçirilməsinə start verilib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, əməliyyatlar şimal və şimal-şərq rayonlarında keçirilir. Öncə əməliyyatların Quba, Qusar və Xaçmaz rayonlarında keçirilməsi nəzərdə tutulub. Buna görə də həmin ərazilərin sərhədyanı zonalarında bir neçə polis postları qurulub.

Şimal regionunda əməliyyatlar başa çatdıqdan sonra, əməliyyatlar Zaqatala, Balakən, Şəki və Qəbələ rayonlarında davam etdiriləcək.

"Sərhəd-sipər" əməliyyatının əsas məqsədi cinayətkarıq, terrorçuluq, narkobiznes, mütəşəkkil və trans-milli cinayətkarlıq kimi hallarla birgə mübarizədir. Bu əməliyyatlar ictimaiyyət üçün qapalı şəraitdə keçirilir. Şimal rayonlarına və əməliyyat keçirilən ərazilərə daxil olan bütün nəqliyyat vasitələri ciddi yoxlanılır.

Onu da qeyd edək ki, Azərbaycanla Rusiyanın sərhədyanı bölgələrində keçirilən əməliyyatlar noyabr ayının 19-dək davam edəcək.

Əlaqədar

Polis 1 milyon manatlıq “Xəncər əməliyyatı” keçirdi – Video
Terrorçulara qarşı daha bir əməliyyat: ölən və yaralananlar var
"Qoca"nı ölümə aparan ssenari - Əməliyyatın detalları
DTX-nın keçirdiyi antiterror əməliyyatının görüntüləri
Kürdlər Kərkük əməliyyatına cavab verdilər: konsulluğa hücum oldu
Teqlər:
rayon, "Sərhəd-sipər" əməliyyatı, Rusiya, Azərbaycan

Əsas mövzular