CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX əməliyyat keçirdi, casus həbs edildi

© Sputnik / Murad OrujovСотрудник Службы государственной безопасности Азербайджана, фото из архива
Сотрудник Службы государственной безопасности Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
DTX əməliyyat keçirib, casusluqda şübhəli bilinən şəxs həbs olunub

BAKI, 4 noyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Miryusif Mirmahmud oğlu Soltanov saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Miryusif Soltanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0