16:35 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
BMT

Nazirdən prezidentin ünvanına sərt sözlər

© AP Photo / Mary Altaffer
XƏBƏRLƏR
Qısa URL
22601

Koreyalı nazir: İntihar missiyası olan adam Trampın özüdür

BAKI, 23 sentyabr — Sputnik. BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən Şimali Koreyanın xarici işlər naziri Ri Yong-ho, ölkəsinin lideri Kim Çen Ina "raket adam" ayamasını qoşan ABŞ prezident Donald Trampa cavab verib.

Sputnik Türkiyə-nin məlumatına görə, Trampım Kim Çen In haqqında "intihar missiyası olan raket adam" ifadəsini şərh edən Ri Yong-ho deyib: "İntihar missiyası olan adam Trampın özüdür."

Pxenyan hökumətinin hədəfinin ABŞ-la güc bərabərliyi qurmaq olduğunu vurğulayan koreyalı nazir ölkəsindəki nüvə silahının da müdafiə məqsədilə hazırlandığını bildirib.

O, ABŞ və müttəfiqlərinin Şimali Koreyaya qarşı hər hansı əməliyyat həyata keçirəcəyi və ya bu istiqamətdə bir siqnal gələcəyi təqdirdə Pxenyanın "amansız bir şəkildə" bunun qarşısını alacağını bəyan edib.


Xatırladaq ki, Tramp bir müddət əvvəl Şimali Koreya liderini "intihar missiyası olan adam" adlandırıb. KXDR-i nüvə silahı ilə bağlı fəaliyyətlərini davam etdirəcəyi təqdirdə onu tamamilə yox etməkdən başqa seçimlərinin qalmayacağı ilə hədələmişdi.

Ri Yong-ho BMT Təhlükəsizlik Şurasının çox qeyri-demokratik qurum olduğunu deyib. Fikrini onunla əsaslandırıb ki, bir daimi üzvün vetosu ilə yüzdən çox BMT üzvü olan dövlətin iradəsinə qarşı çıxmaq olur.

Nazir deyib ki, Amerika nüvə silahına malikdir, onu istehsal edib, ondan istifadə edib, günahsız insanların ölümünə səbəb olub, amma indi onlara nüvə silahından imtina etmək barədə dərs deyir. O, "Trampın təhdidləri nüvə silahından istifadəni reallaşdırır" deyib.

O, BMT-yə üzv dövlətləri böyük dövlətlərin diqtəsinə uymamağa, ağılla, vicdanla davranmağa səsləyib. O, tutduqları obyektiv mövqeyə görə, Kuba və Venesuelaya təşəkkür edib.  

Əlaqədar

ABŞ hərbi təyyarələri Şimali Koreya sərhədlərinə yaxınlaşdı
Şimali Koreya səfiri ölkədən qovulur
Şimali Koreya ABŞ-a hədiyyələr göndərəcək
Teqlər:
nüvə silahı, BMT Baş Assambleyası, ABŞ prezidenti Donald Tramp, Kim Çen In, Şimali Koreya, ABŞ

Əsas mövzular