09:55 20 Avqust 2017
Canlı yayım
Dolu. Arxıv şəkli

Qarşıdakı 3 gündə: leysan, dolu, külək

© Foto: STR
XƏBƏRLƏR
Qısa URL
2252 0 0

İyunun 23-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir

BAKI, 19 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 20-də səhər bəzi dağlıq rayonlarda, axşam isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Nazirlik xəbərdarlıq da edir: İyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq iyunun 23-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Əlaqədar

Sabahın hava proqnozu: bəzi yerlərə leysan, bəzi yerlərə 36° isti
Hava qərb bölgəsində fəlakət törətdi: təbiət insanlara qənim kəsilib
Hava xəbərdarlığı gəldi: şimşək, leysan, dolu...
Hava şəraiti sizi aldadacaq
Bəzi rayonlarda anomal hava şəraiti davam edəcək
Hava xəbərdarlığı: yola çıxmazdan oxuyun
Hava nəqliyyatı ilə daşınmada artım var
Teqlər:
civə sütunu, dəyişkən buludlu, dolu, hava şəraiti, Abşeron yarımadası, leysan, Bakı, şimşək, külək, yağış

Əsas mövzular