00:33 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
853 0 0

Mais Ağayev: "Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə biz avtobusları izləyəcəyik"

BAKI, 20 may — Sputnik. "IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində 4 sürücüdə yüksək təzyiq olduğundan, 1 sürücü isə sürət həddini aşması səbəbindən sükan arxasından uzaqlaşdırılıb".

Sputnik Azərbaycan xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev belə açıqlama verib. "Həmin ərəfədə Bakı Nəqliyyat Agentliyinin 350 avtobusu fəaliyyət göstərib. Bütün avtobuslarda GPS sistemi quraşdırılıb. Həmin gün sürücülər əvvəlcədən tibbi müayinədən keçirilib" — Ağayev bildirib.

O, qeyd edib ki, bağlanış mərasimi günü (22 may) üçün BNA 430 avtobus ayırıb: "Bağlanış mərasimi günündə də sürücülər əvvəlcə tibbi müayinədən keçəcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə biz avtobusları izləyəcəyik və onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq".

Bağlanış mərasimi günü metronun "Koroğlu" stansiyasına gələn 29, şəhərdaxili isə 6 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək.

Əlaqədar

Avtobusunu dəyişdi, həlak oldu
Bu avtobusların marşrutu dəyişəcək
Avtobusda yer olmadı, ölümdən qurtardı
Bu avtobuslarda sürücü olmayacaq
Azərbaycanda daha bir avtobus qəzası
Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı
Yenə məktəbli avtobusu, yenə qəza
Teqlər:
Mais Ağayev, BNA, IV İslam Həmrəyliyi Oyunları, Bakı Nəqliyyat Agentliyi, sürücü, açılış mərasimi

Əsas mövzular