15:27 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Мать держит руку новорожденного ребенка. Архивное фото

Beş aylıq körpəyə qarşı həkim cinayəti?

CC BY 2.0 / Bridget Coila / Holding Hands With a Newborn Baby
XƏBƏRLƏR
Qısa URL
17210

Siyəzəndə həkimlərin bağırsaqlarını zədələməsi səbəbindən 5 aylıq körpə həyatını itirdi

Leyla Abdullayeva, Sputnik Azərbaycan.

BAKI, 2 apr — Sputnik. Həkim səhvi ölkədə yenə can aldı. Bu dəfəki qurban Siyəzəndə bağırsaqları yuyulan 5 aylıq körpədir.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, valideynləri uşağın həkim səhvi ucbatından öldüyünü iddia edirlər.

Onların sözlərinə görə, həkimlər uşağın bağırsaqlarını səhv yuyublar. Belə ki, Siyəzən sakini Mazan Əzimov martın 19-da soyuqdəymə əlamətləri və yüksək hərarəti olan 5 aylıq oğlu Cahidi rayondakı Regional Müalicə Diaqnostika Mərkəzinə aparıb.

Mərkəzin həkimi, pediatr Mənsurə Ağayeva uşağın müalicəsinə başlayıb. Martın 30-da Mərkəzin əməkdaşları bədən temperaturunu aşağı salmaq məqsədilə Cahidin bağırsaqlarını yuyublar. Bundan bir neçə saat sonra körpədə qanaxma başlayıb. Rayonda həkimlər qanaxmanı dayandıra bilmədiklərindən, valideynlərinə onu Bakıya aparmağı məsləhət görüblər.

Cahid Bakıdakı K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ("OMD" xəstəxanası) çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib. Valideynlər bildiriblər ki, tibb müəssisəsində müalicə aldığı dövrdə uşağı rentgen müayinəsindən keçirməyiblər. Kortəbii aparılan müalicə nəticəsində onun bağırsağına normadan artıq su yeridilib. Nəticədə uşağın bağırsağı zədələnib və qanaxma baş verib.

Körpə ölümü faktı ilə bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Əməkdaşımızın qeyd edilən ittihamlarla bağlı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən münasibət öyrənmək cəhdləri baş tutmayıb.

Əlaqədar

Körpə həyətlərindən keçən su arxında boğulub
Bakıda olay: beş körpə dərmandan zəhərləndi
Körpə uşaq iti gəmirdi
Yeni doğulan körpə həkimləri dəhşətə gətirdi
Suriyalı körpə qızın vəsiyyəti ürəkləri dağladı
Teqlər:
Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzi, Cahid Əzimov, Mənsurə Ağayeva, Siyəzən rayonu

Əsas mövzular