Beş aylıq körpəyə qarşı həkim cinayəti?

CC BY 2.0 / Bridget Coila / Holding Hands With a Newborn BabyМать держит руку новорожденного ребенка. Архивное фото
Мать держит руку новорожденного ребенка. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Siyəzəndə həkimlərin bağırsaqlarını zədələməsi səbəbindən 5 aylıq körpə həyatını itirdi

Leyla Abdullayeva, Sputnik Azərbaycan.

BAKI, 2 apr — Sputnik. Həkim səhvi ölkədə yenə can aldı. Bu dəfəki qurban Siyəzəndə bağırsaqları yuyulan 5 aylıq körpədir.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, valideynləri uşağın həkim səhvi ucbatından öldüyünü iddia edirlər.

Onların sözlərinə görə, həkimlər uşağın bağırsaqlarını səhv yuyublar. Belə ki, Siyəzən sakini Mazan Əzimov martın 19-da soyuqdəymə əlamətləri və yüksək hərarəti olan 5 aylıq oğlu Cahidi rayondakı Regional Müalicə Diaqnostika Mərkəzinə aparıb.

Mərkəzin həkimi, pediatr Mənsurə Ağayeva uşağın müalicəsinə başlayıb. Martın 30-da Mərkəzin əməkdaşları bədən temperaturunu aşağı salmaq məqsədilə Cahidin bağırsaqlarını yuyublar. Bundan bir neçə saat sonra körpədə qanaxma başlayıb. Rayonda həkimlər qanaxmanı dayandıra bilmədiklərindən, valideynlərinə onu Bakıya aparmağı məsləhət görüblər.

Cahid Bakıdakı K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ("OMD" xəstəxanası) çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib. Valideynlər bildiriblər ki, tibb müəssisəsində müalicə aldığı dövrdə uşağı rentgen müayinəsindən keçirməyiblər. Kortəbii aparılan müalicə nəticəsində onun bağırsağına normadan artıq su yeridilib. Nəticədə uşağın bağırsağı zədələnib və qanaxma baş verib.

Körpə ölümü faktı ilə bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Əməkdaşımızın qeyd edilən ittihamlarla bağlı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən münasibət öyrənmək cəhdləri baş tutmayıb.

Xəbər lenti
0